...

Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin sabiq direktor müavininin yenidən vəzifəyə qaytarılması ilə məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 13 Fevral 2012 17:21 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin direktor müavini olmuş Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin sabiq direktor müavininin yenidən vəzifəyə qaytarılması ilə məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Narkoloji Mərkəzin direktor müavini olmuş Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in bazar ertəsi nazirliyin saytına istinadən verdiyi məlumata görə, bəzi mətbu orqanlarda Narkoloji Mərkəzin direktor müavini olmuş Könül Vəliyevanın yenidən vəzifəyə təyin olunmasına dair məlumatlar dərc olunub.

Məlumatda bildirilib ki, yanlış məlumatları dərc etdirən mətbu orqanların bu mövzulu yazıları əsassızdır. Çünki Könül Vəliyeva 03.10.2011-ci il tarixindən etibarən məhkəmənin qərarına əsasən tutduğu vəzifəsindən kənarlaşdırılıb. Onun vəzifələrinin icrası İlham Əyyub oğlu Məmmədova həvalə olunub ki, o, həmin vəzifəni bu gün də icra edir.

"Bildirmək istərdik ki, Bakı Apelyasiya Məhkəməsinin K.Vəliyevaya dair çıxardığı qərar qüvvəyə minib. Həmin qərar Səhiyyə Nazirliyinə daxil olduğu zaman Səhiyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək", - nazirlikdən əlavə edilib.

Xəbər lenti

Xəbər lenti