Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina inşa olunur.
İdarənin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 5 fevral 2010-cu il tarixli sərəncamına müvafiq olaraq Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi, 60 ünvanında binanın tikintisi üçün ümumi sahəsi 3450 kvadratmetr olan ərazi ayrılıb.
Əliyevin sözlərinə görə, həmin yerdə sahəsi 1700 kvadratmetr olmaqla müasir və milli ornamentlərlə zəngin olan iki hissədən ibarət inzibati binanın tikintisi davam etdirilir.
Binanın bu il ərzində istifadəyə veriləcəyini deyən Əliyev bildirib ki, yeni bina ən müasir standartlara uyğun inşa olunur.
O qeyd edib ki, idarənin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün binada bütün lazımi şərait yaradılacaq. Binada İdarənin Tədris Mərkəzi də fəaliyyət göstərəcək.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina inşa olunur
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina inşa olunur.
