...

Ekologiya Nazirliyi bioloji resurslara vurulmuş ziyanla bağlı 38 min manatdan çox məbləğdə iddia qaldırıb

Cəmiyyət Materials 15 Fevral 2012 11:18 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti ötən il bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38 419 manat məbləğində iddia qaldırıb.
Ekologiya Nazirliyi bioloji resurslara vurulmuş ziyanla bağlı 38 min manatdan çox məbləğdə iddia qaldırıb

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti ötən il bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38 419 manat məbləğində iddia qaldırıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, keçən dövrdə departamentin əməkdaşları tərəfindən 73 qanun pozuntusu aşkarlanıb, 54 nəfər məsuliyyətə cəlb olunub. Qanun pozucularından 8 qayıq, 70 tor, 740 müxtəlif növ balıq götürülüb, 3 iş respublikanın rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilib, 29 işə inzibati qaydada departament tərəfindən baxılıb.

2011-ci ildə Departament tərəfindən "Balıqçılıq haqqında" qanuna uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilib. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilib.

5 Xəzəryanı ölkələr tərəfindən (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) yaradılan Xəzərin Su Bioresursları Komissiyasının sədrliyi 2011-2012-ci illərdə Azərbaycana keçib və ötən il dekabrın 14-16-da Bakıda Komissiyanın 32-ci iclası keçirilib.

Qeyd edək ki, Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarına bölünməsini müəyyənləşdirir. Eyni zamanda, CİTES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim olunan nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir.

Xəbər lenti

Xəbər lenti