...

Azərbaycanda magistral yolların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 20 Fevral 2012 09:28 (UTC +04:00)
Azərbaycanın rayonlarına gedən magistral yollarında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmayıb.
Azərbaycanda magistral yolların vəziyyəti açıqlanıb

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın rayonlarına gedən magistral yollarında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, rayonlara gedən bütün magistral yollarda hərəkət var.

Onun sözlərinə görə, hazırda Bakı-Quba yolunun Quba rayonu ərazisində və İsmayıllı-Muğanlı yolunda, Ağsu aşırımında qar yağsa da, avtomobillərin hərəkətində problemlər yaranmayıb.
İdarə sözçüsü Bakı və Bakıətrafı yolların buz bağladığını və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yarandığını deyib.

Bununla əlaqədar İdarə sürücülərə şəxsi avtomobillərindən az istifadə etmələrini tövsiyyə edir.Əliyev sürücülərə tövsiyə edir ki, zərurət yarandığı halda şəxsi avtomobilləri ilə yola çıxarkən hərəkət sürətini yola və meteroloji şəraitə uyğun seçsinlər, ara məsafəsinə xüsusi diqqət yetirsinlər.

Xatırladaq ki, dünən səhər saatlarından başlayaraq bu günə qədər Bakıda və Abşeron yarımadasında güclü küləklə müşaiyət olunan qar yağıb. Belə hava şəraitinin fevralın 21-dək davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti