...

Azərbaycanda növbəti üç gün ərzində hava nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 20 Fevral 2012 11:41 (UTC +04:00)
Fevralın 21-dən etibarən Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq.
Azərbaycanda növbəti üç gün ərzində hava nisbətən mülayimləşəcək

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabaıayeva/

Fevralın 21-dən etibarən Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Trend-ə verdiyi məlumata görə, bu gün axşama doğru Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə şimal küləyi cənub küləyi ilə əvəzlənəcək.

Mülayim və yağmursuz hava şəraiti fevralın 22 və 23-də də davam edəcək.

Lakin fevralın 23-də Azərbaycanın bəzi ərazilərində az yağış yağacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə artacaq.

Bakı və Abşeron yarımadasında 20-dən 21-nə keçən gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 1-4 şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 21-dən 23-dək Abşeron yarımadasında hava şəraitinin əvvəlki günlərlə müqayisədə mülayimləşməsi, meteoroloji amillərin normal sutkalıq gedişi meteo həssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5° şaxta proqnozlaşdırılır.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti