...

Azərbaycanda sabah üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2012 11:44 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında fevralın 22-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.
Azərbaycanda sabah üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında fevralın 22-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Rayonlarda havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti