...

Azərbaycanda hava yenidən dəyişəcək, martın ilk günləri soyuq və yağmurlu olacaq

Cəmiyyət Materials 28 Fevral 2012 11:47 (UTC +04:00)
Martın 1-dən 3-dək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək və temperatur 5-7 dərəcə enəcək.
Azərbaycanda hava yenidən dəyişəcək, martın ilk günləri soyuq və yağmurlu olacaq

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir İ.İsabalayeva/

Martın 1-dən 3-dək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək və temperatur 5-7 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, martın ilk günləri Azərbaycan ərazisində hava yağıntılı olacaq.

Bakıda və Abşeron yarımadasında martın 1-i axşamdan başlayaraq martın 3-ü gündüzədək fasilələrlə yağıntılı olacaq, güclü şimal küləyi əsəcək. Martın 1-də Bakıda havanın temperaturu gündüz saatlarında 3-6 dərəcə isti olacaq.

Bu müddətdə Azərbaycanın əksər ərazilərində də temperatur xeyli düşəcək və hava yağıntılı olacaq.

Tağıyeva bildirib ki, sabah isə bu günlərdə hökm sürən hava şəraiti davam edəcək.

Ölkə ərazisində mülayim isti hava şəraiti davam edəcək, hava əsasən yağmursuz olacaq. Temperatur rejimi iqlim normasından əsasən yüksək olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 29-da gündüz saatlarında 11-16 dərəcə isti olacaq.

Aran rayonlarında 13-18, dağlarda 3-8 dərəcə isti gözlənilir.

Tağıyevanın sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

Xəbər lenti

Xəbər lenti