...

Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2012 13:54 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə həsr olunmuş kitab təqdim olunub.
Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə həsr olunmuş kitab təqdim olunub.

Trend-in məlumatına görə, fevralın 28-də Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Cavadlının Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədova həsr olunmuş "Riad" poemasının və Azərbaycan Radiosu tərəfindən hazırlanmış eyni adlı radio-pyesin motivləri əsasında hazırlanmış ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə ziyalılar, milli qəhrəmanın yaxınları və döyüş yoldaşları, şagirdlər, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir zamanı milli qəhrəmanın həyatından, döyüş yolundan danışılıb, onun xatirəsinə həsr olunmuş şeirlər soylənilib və onun bugünkü gənclər üçün böyük örnək olduğu vurğulanıb.

Riad Əhmədov 1956-cı il dekabrın 20-də Bakı şəhərində anadan olub. Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin könüllü özünümüdafiə dəstələrində erməni işğalçılarına qarşı rəşadətlə döyüşüb, 1992-ci il yanvarın 25-də Şuşa şəhəri uğrunda Daşaltı əməliyyatında itkin düşüb.  

Xəbər lenti

Xəbər lenti