...

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 3 Mart 2012 11:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında gecə və axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir.
Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında gecə və axşam yarımadasının bəzi yerlərində az yağıntılı olacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.

Martın 4-də axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti