...

Nazir müavini: Lənkəran Əliyevə zəng edib qanunsuz zəbt etdiyi mənzili təhfil verməyini məsləhət gördüm

Cəmiyyət Materials 5 Mart 2012 12:28 (UTC +04:00)
Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevin mətbuatda səslənən fikirlərinə münasibət bildirib.
Nazir müavini: Lənkəran Əliyevə zəng edib qanunsuz zəbt etdiyi mənzili təhfil verməyini məsləhət gördüm

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevin mətbuatda səslənən fikirlərinə münasibət bildirib.

Nazirlikdən Trend-ə daxil olan açıqlamada nazir müavini bildirib ki, vaxtaşırı Lənkəran Əliyevə öz məsləhətlərini verib və nizamnamədən kənar hərəkətlərdən əl çəkməyi tövsiyə edib.

"Dediklərimizdən nəticə çıxarmış olsaydı, indi özü də belə bir vəziyyətlə qarşılaşmazdı. Güman edirdim ki, səhvini başa düşüb bir daha həqiqətə uyğun olmayan məlumatlarla ictimaiyyəti çaşdırmaz. Ancaq əksini gördüm. O, yenə də əsassız açıqlamalarını davam etdirir", - Məmmədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Əliyev indi də guya özü arxa plana çəkilib yaxınlarının adından istifadə edərək doğru olmayan informasiyaları yaymaqla məşğuldur.

Məmmədov bildirib ki, Əliyevə qanunsuz zəbt etdiyi mənzili təhfil verməyini məsləhət görüb.

"Lakin mənim bu təklifimi sonradan başqa yerə yozaraq informasiya agentliklərindən birinə yanlış məlumatlar ötürüb. Bildirib ki, guya mən rəhbərlik adından ona ultimatum çatdırmışam və söyləmişəm ki, əks halda evdən zorla çıxarılacaq. Əslində belə danışıq tonu mənim təbiətimə uyğün deyil. Bayaq qeyd etdiyim kimi, sadəcə öz məsləhətimi çatdırdım. O, isə bundan tamamilə başqa nəticə çıxararaq öz xeyrinə faydalanmağa çalışıb", - nazir müavini deyib.

Onun sözlərinə görə, general Lənkəran Əliyevin TTM-in rəisi vəzifəsində xidmət edərkən şəxsi heyətlə kobud davranması və Silahlı Qüvvələrin nizamnamələrinin tələblərini pozmaqla yol verdiyi digər qanuna zidd hərəkətlər, tabeliyindəki hərbi qulluqçuların narazılığına və şəxsi heyətdə qeyri-sağlam abu-havanın yaranmasına səbəb olmuşdu.

Məmmədov deyib ki, dəfələrlə onun bu işləri diqqətinə çatdırılsa da, mənası olmayıb.

"Beləliklə, TTM-in hərbi qulluqçularından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanmış şikayətlər üzrə xidməti yoxlamalar aparılarkən xeyli sayda qanun pozuntuları aşkar edilmişdir. Bütün bunlara görə də o tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmişdir. Mən artıq onun fəaliyyəti barədə mətbuata açıqlanan məlum faktları bir daha təkrarlamaq istəmirəm. Lakin bircə faktı çatdırmaqla kifayətlənirəm. 2004-cü ildə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən 180 kv.m-ə yaxın şəxsi mənzil verilib. Bu mənzilin indi harada və kimdə olduğunu onun özündən yaxşı bilən yoxdur. Belə olan halda qanunsuz mənzilartırma ilə məşğul olmaq nə dərəcədə ədalətli görünür?", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti