...

Azərbaycanda yaradılacaq zooloji parkın yerinin dəyişdirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 5 Mart 2012 12:40 (UTC +04:00)
Azərbaycanda Qobu yaxınlığında yaradılması gözlənilən zooloji parkın yeri dəyişdirilib.
Azərbaycanda yaradılacaq zooloji parkın yerinin dəyişdirilməsi nəzərdə tutulur

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda Qobu yaxınlığında yaradılması gözlənilən zooloji parkın yeri dəyişdirilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Qobu ərazisinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif olunub. "Abşeron rayonunda seçilmiş ərazidə həm su, həm meşə ərazisi var. Zooloji parkda bütün dünya qitələrindən olan heyvanlar saxlanılacaq və bunun üçün müvafiq yer seçilməlidir", - Əlizadə deyib.

O qeyd edib ki, relyefi və hava şəraiti məqbul hesab edilən Abşeron rayonunda zooloji parkın salınması ilə bağlı müvafiq qurumlardan rəylər alınıb və hazırda Nazirlər Kabinetindən bununla bağlı sərəncam gözlənilir.

Əlizadə bildirib ki, layihəyə görə, parkın ərazisi 55 hektar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti