...

Azərbaycan sinoptiklərindən 8 Mart sürprizi: sulu qar və qar yağacaq

Cəmiyyət Materials 6 Mart 2012 15:47 (UTC +04:00)
Martın 8-dən respublikanın şimal rayonlarından başlayaraq, ölkə ərazisində havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Azərbaycan sinoptiklərindən 8 Mart sürprizi: sulu qar və qar yağacaq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 8-dən respublikanın şimal rayonlarından başlayaraq, ölkə ərazisində havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında martın 8-də səhər hava çiskinli olacaq, axşama doğru isə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq. Amma martın 9-da havanın fasilələrlə yağıntılı olacağı, gecə və səhər saatlarında isə yağıntının sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Məmmədovanın sözlərinə görə, belə hava şəraiti martın 8-dən 10-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti