Azərbaycan, Bakı, 7 mart /Trend müxbir İ.İsabalayeva/
TQDK daha çox səhvlərə rast gəlinən dərsliklərin adlarını açıqlayıb.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, dərsliklərdə olan səhvlər müxtəlifdir. Amma onların çoxuna rus bölməsi üzrə dərsliklərdə rast gəlinir. Çünki Azrbaycan dilində olan mövcud səhvlərə tərcümənin səhvləri də əlavə edilir. Ümumilikdə fənlər üzrə səhvlərə nəzərə saldıqda daha çox Tarix və Biologiya drəsliklərində səhvlər qeydə alınıb.
"Səhvlər "Abituriyent " jurnalının I sayında dərc edilib. Bu səhvləri göstərməkdə məqsədimiz kiminsə səhvlərini göstərmək deyil. Sadəcə biz istəyirik ki, abituriyentlər imtahana gələndə dərsliklərdə olan səhvlərə görə imtahanda səhv etməsinlər", - Abbaszadə deyib.