Azərbaycanda sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsi müvafiq quruma təqdim olunub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsinin hazırlanaraq müvafiq quruma təqdim olunub.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov deyib.
O, qanun layihəsinin konkret hansı quruma təqdim edildiyini söyləməkdən imtina edib.