...

Qobustan Milli Tarixi-Bədii Qoruğunun inzibati binasının və muzeyinin açılışı olub

Cəmiyyət Materials 16 Mart 2012 17:05 (UTC +04:00)
Qobustan Milli Tarixi-Bədii Qoruğunun inzibati binasının və muzeyinin açılış mərasimi keçirilib.
Qobustan Milli Tarixi-Bədii Qoruğunun inzibati binasının və muzeyinin açılışı olub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

Qobustan Milli Tarixi-Bədii Qoruğunun inzibati binasının və muzeyinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, bu qoruğun fəaliyyətini daha da təkmilləşdirmək üçün ötən ilin əvvəlində Prezident binanın tikilməsi üçün sərəncam verib.

Onun sözlərinə görə, qısa müddətdə bina tikilib və ötən ilin sonunda Prezident bu binaya baxış keçirib.

Nazir müavini qoruğun YUNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb.

Qoruğun müdiri Məlahət Fərəcova deyib ki, qoruğun ümumi sahəsi 4530 ha-dır. Qoruğun muzeyi 12 ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında və fond otaqlarında 100 mindən artıq arxeoloji material qorunub saxlanılır. Burada qayaüstü incəsənət eksponatları yerləşir.

Fərəcovanın sözlərinə görə, bu yaxınlarda YUNESKO-nun ekspertləri də muzeylə tanış olub və onu yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti