"Eurovision 2012": Böyük bayramın gözləntisində

"Eurovision 2012": Böyük bayramın gözləntisində

Azərbaycan, Bakı, 19 mart /Trend/

Trend agentliyinin suallarını Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva cavablandırır

- İlk növbədə, icazə verin, Sizi Novruz bayramı münasibətilə təbrik edək. Artıq mart ayının sonlarıdır və Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin başlamasına çox az vaxt qalır. Müsabiqənin yaxınlaşması Sizin üçün nə deməkdir: çoxları üçün olduğu kimi, fərəhli bayram gözləntisi, yaxud ağır, gərgin iş?

- Bu gün biz hamımız böyük ümumavropa musiqi bayramının gözləntisindəyik. Musiqi dili milliyyətindən və etiqadından asılı olmayaraq hamıya aydındır. Və bu çox rəmzidir ki, həmin may günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif dillərdə mahnılar səsləndirəcəklər. Bu müsabiqənin ölkəmizdə keçirilməsi faktının özü duetimizin qazandığı parlaq qələbənin nəticəsi, eləcə də ifaçıların özlərinin, onların qalib çıxışının hazırlanmasında iştirak edənlərin böyük uğurudur. Lakin bu gün qarşımızda artıq başqa tapşırıq durur: "Eurovision 2012"-ni layiqli keçirmək. Bu, müsabiqənin iştirakçılarının, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə ilk tanışlıq olacaq. Əminəm ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb. Lakin, bununla yanaşı, belə irimiqyaslı hadisəyə hazırlıq nəhəng işdir. Məsələn, 2020-ci il Olimpiya Oyunlarının harada keçiriləcəyi artıq bu gün həll edilir. Növbəti "Eurovision" müsabiqəsinin harada keçiriləcəyi isə ondan əvvəlki müsabiqənin son dəqiqələrində məlum olur. Yeni ölkəyə müsabiqəyə hazırlıq üçün bir il vaxt verilir. Və bu müddət ərzində bir çox işlərin öhdəsindən gəlmək lazımdır. Məhz buna görə də biz müsabiqəyə qələbəmizin ilk günlərindən sonra hazırlaşmağa başladıq. Müsabiqənin uğurla keçirilməsi məqsədilə dövlət idarələrinin zəruri işlərinin əlaqələndirilməsi ilə bağlı məsələlərin həllinə dəstək göstərmək üçün dərhal müsabiqənin Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsi hazırda işçi qrupla sıx əlaqədə işləyir. İndi həmin iş artıq başa çatmaq üzrədir. Və müsabiqənin başlanmasına həqiqətən də çox az vaxt qalır.

- Mehriban xanım, bəs Siz özünüz "Eurovision" müsabiqəsinə hazırlığın keyfiyyətini necə qiymətləndirirsiniz?

- "Eurovision" müsabiqəsinə hazırlığın səviyyəsi və keyfiyyəti barədə yalnız müsabiqənin başa çatmasından sonra mühakimə yürütmək olar. Amma hələlik ən etibarlı və obyektiv meyar, fikrimcə, Avropa Yayımları Birliyinin nümayəndələrinin və ekspertlərinin fikirləridir. Onlar ölkəmizin ümumavropa mahnı müsabiqəsinə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirlər. Və doğrudan da az iş görülməyib. Təşkilat Komitəsinə daxil olan idarələrin qarşısında şəhər infrastrukturlarının modernləşdirilməsi, kommunikasiya texnologiyalarının genişləndirilməsi, qonaqların və müsabiqə iştirakçılarının rahat yerləşdirilməsinə istiqamətlənmiş konkret tapşırıqlar qoyulub. Mövcud hotellərin vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, paytaxtda yeni mehmanxanalar tikilir, avtomobil magistrallarının yaxşılaşdırılması üzrə işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, müsabiqə iştirakçıları və qonaqlar üçün vizaların alınması prosesi sadələşdirilib. Daha doğrusu, ölkədə bu müsabiqənin layiqincə qəbul edilməsi və təşkil olunması üçün mümkün olan hər şey edilir.

- Mehriban xanım, Siz "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinin Azərbaycanı dünyaya tanıtmaq, müsabiqə iştirakçılarını və qonaqları ölkəmizin keçmişi və bu günü ilə tanış etmək, onlarda Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün daha bir şans olduğunu qeyd etdiniz. Bəs, ölkəmiz müsabiqənin qonaqlarını və iştirakçılarını necə və nə ilə qarşılayacaq?

- Müsabiqənin keçiriləcəyi yer haqqında daha ətraflı danışmaq istərdim. Bildiyiniz kimi, Bakı şounun keçirilməsi üçün üç yer təqdim etmişdi. Onlardan biri "Bakı Kristal Zalı" idi. Habelə, qeyd etməyə dəyər ki, "Bakı Kristal Zalı" 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində idman arenalarının siyahısına daxil edilib. "Bakı Kristal Zalı" Dövlət Bayrağı Meydanının lap yaxınlığında yerləşir və oradan şəhərin möhtəşəm mənzərəsi açılır. Bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual effektlər yaradacaq. Əminəm ki, həm yerli, həm də xarici mütəxəssislərin səyləri sayəsində bu möhtəşəm arenanın tikintisi vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək. Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq. "Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək. Bu gün həmin tədbirlərin siyahısı dəqiqləşdirilir. Müsabiqə başlayanadək Dövlət Bayrağı Meydanına qədər uzanacaq "Yeni bulvar"ın tikintisi başa çatdırılacaq.

- Mehriban xanım, söhbət "Yeni bulvar"ın tikintisindən düşmüşkən, son həftələr KİV-də, o cümlədən Avropa ölkələrində iddia edildiyinə görə "Eurovision"a hazırlıqla bağlı evlərin sökülməsi nəticəsində yaranan problemə, yəni bu evlərin sakinlərinin narazılığına böyük diqqət ayrılması barədə soruşmaya bilmərəm...

- Bəli, mən KİV-in bu materialları ilə tanışam. Çox təəssüf ki, qarşıdakı müsabiqəyə həsr edilmiş məqalələrin müəlliflərinin heç də hamısı ümumiyyətlə yazmağa başladıqları məsələ haqqında kifayət qədər səriştəli deyil. Hər şeydən əvvəl bir daha qeyd etmək istəyirəm: evlərin sökülməsinin "Eurovision"a hazırlıqla heç bir əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi dəyişir, paytaxtda yeni parklar salınır, yollar çəkilir, yaşayış və ofis kompleksləri ucaldılır. Bu yenidənqurma işləri duetimiz "Eurovision"da qələbə qazanmazdan əvvəl başlayıb və müsabiqə başa çatdıqdan sonra da davam edəcək. Buna görə də bu məsələnin "Eurovision" ilə heç bir əlaqəsi yoxdur. Lakin belə miqyaslı işlərin həyata keçirilməsi zamanı, mütəxəssislərin dediyi kimi, çox vaxt torpaqların özgəninkiləşdirilməsi və mənzillərin, xüsusilə çox köhnə, komfortsuz, azmərtəbəli, müasir tələblərə cavab verməyən mənzillərin sökülməsinə zərurət yaranır... Belə hallar baş verib, baş verir və sizi inandırım ki, praktiki olaraq yeni yolların çəkildiyi, evlərin tikildiyi və ya yeni metro xətlərinin çəkildiyi hər yerdə baş verəcək. Əmin edirəm ki, Azərbaycanda hər şey qanuna uyğun edilir. Evləri sökülən sakinlərə kompensasiya ödənilir, onlara yeni mənzillər təklif edilir. Çoxlu sayda ailələrin köçürülməsi zamanı narazı qalanlar da mütləq olacaq. Bu, həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Harada isə onlarla şəxslərdən bazarla müəyyən edilmiş kompensasiyanın həcmindən razı qalmayan bir nəfər olacaq, halbuki kompensasiya onlara bərabər həcmdə ödənilir. Köçürülmə zamanı kömək göstərilməsində və ya müvafiq şəraitin yaradılmasında kifayət qədər nəzakətli olmayan aşağı rütbəli məmurların lüzumsuz hərəkətlərə cəhdi ola bilər. Belə hallar təbii ki, tutduğu vəzifədən asılı olmayaraq, qarşısında hamının eyni olduğu qanuna uyğun nəzərdən keçirilməlidir.

Fikrimcə, burada "orta yanaşma" qəbuledilməzdir. Üstəlik, böyük səs-küy xətrinə bu problemi evlərin sökülməsi ilə əlaqəsi olmayan "Eurovision"la bağlamaq xoş hal deyil. Hətta Avropa Yayımları Birliyi olduqca hörmətli və nüfuzlu xarici KİV-i rəsmən xəbərdar etmişdi ki, "Eurovision" müsabiqəsi haqqında qeyri-obyektiv və qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə siyasi məna vermək cəhdi heyrətləndirir və məyus edir. Kimlər üçün Avropa estrada mahnı müsabiqəsi böyük və gözəl bayramdır, digərləri üçün isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq lazımdır. Lakin mən əminəm: bizim və daha 40-dan artıq iştirakçı ölkənin bayramını korlamaq alınmayacaq. Xüsusən xoşdur ki, vətəndaş cəmiyyətində bütün vətəndaşları ölkədə müsabiqənin keçirilməsini dəstəkləməyə çağıran gənclərin təşəbbüsü başlayıb və bu çağırış çoxsaylı tanınmış insanlar arasında dəstəyini tapıb. Bu mövqe vətəndaşlarımızın Azərbaycanda müsabiqənin keçirilməsinə əsl münasibətini daha yaxşı nümayiş etdirir.

- Siz qeyd etdiniz ki, Bakıda keçiriləcək "Eurovision 2012"-də 40-dan artıq ölkə iştirak edəcək. Bəziləri ifaçının adını və müsabiqədəki mahnını müəyyənləşdirib, digərləri hələ də finaladək son günləri istifadə edir. Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Ermənistan "Eurovision"da iştirakdan imtina edib, çünki bu müsabiqə Azərbaycan paytaxtında keçirilir.

- Məndə və fikrimcə, çoxlarında erməni tərəfinin belə qərarı anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi və Azərbaycan hakimiyyəti dəfələrlə təsdiq ediblər ki, Ermənistan daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin və qonaqların təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın rəsmi nümayəndə heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda və idman yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər və Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini həmişə təmin edib. Və mən şübhə etmirəm ki, "Eurovision" müsabiqəsində ermənistanlı qonaqlar və iştirakçıların təhlükəsizliyi həmişə olduğu kimi tam təmin ediləcək idi. Lakin Yeravanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, lakin sonradan bəyan etdilər ki, "Eurovision"da iştirak etməyəcəklər. Hesab edirəm ki, bu, həm müsabiqə iştirakçılarına, həm də Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən Avropa Yayımları Birliyinə hörmətsizlikdir. Şübhəsiz ki, Avropa Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə iştirakdan imtina etməsinə görə öz səbəbləri ola bilər. Lakin təəccüb və təəssüf doğuran odur ki, Yerevanda "Eurovision"da iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərirlər. Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır. Təəssüf ki, Azərbaycanda da "ölkə üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır" prinsipi üzrə uzun müddət yaşayan və fəaliyyət göstərən kateqoriyalı insanlar var. Onların ictimai və siyasi fəaliyyətlərinin məqsədi Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdidir. Və bizim növbəti qələbəmizi - "Eurovision"dakı qələbəmizi bu insanlar şəxsi faciə kimi qəbul etdilər. Xoşbəxtlikdən belə insanlar cəmiyyətimizin mütləq azlığını təşkil edir və onların Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa məhkumdur.

- Və sonuncu sual. Siz Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin iştirakçılarına və qonaqlara nə arzu edərdiniz?

- Bütün iştirakçılara uğur, tamaşaçı sevgisi, alqışlar və əlbəttə, səs toplamalarını arzulayıram. Mən məmnuniyyətlə həm iştirakçıları, həm də qonaqları paytaxtımıza, gözəl və günəşli Bakımıza dəvət edirəm. Əminəm ki, bayramla bu görüş may ayı günlərində "Eurovision"a gələcək bütün insanlarda Azərbaycanda olduqları barədə xoş təəssüratlar yaradacaq. Mən onların hamısına ürəkdən deyirəm: Xoş gəlmişsiniz!

- Söhbətə görə sağ olun.

Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Loading Bars
Xəbər lenti
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"ni ən yüksək rəqəmsal yetkinlik səviyyəsinə çatdırmağı məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
Bütün xəbərlər