...

Təhsil Nazirliyinin müəssisələrində 2000-ə yaxın uşaq və gənc yüksək dərəcəli idmançı kimi hazırlanıb

Cəmiyyət Materials 22 Mart 2012 11:31 (UTC +04:00)
Ötən il Təhsil Nazirliyinin məktəbdənkənar müəssisələrində idman növləri üzrə 1933 uşaq və gənc (22 yaşadək) yüksək dərəcəli idmançı kimi hazırlanıb.
Təhsil Nazirliyinin müəssisələrində 2000-ə yaxın uşaq və gənc yüksək dərəcəli idmançı kimi hazırlanıb

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Təhsil Nazirliyinin məktəbdənkənar müəssisələrində idman növləri üzrə 1933 uşaq və gənc (22 yaşadək) yüksək dərəcəli idmançı kimi hazırlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 1707 nəfəri I dərəcəli, 214 nəfər idman ustalığına namizəd, 6 nəfər idman ustası, 3 nəfər FİDE ustası, 3 nəfər beynəlxalq dərəcəli idman ustası, 1 nəfər isə beynəlxalq qrossmeysterdir.

Ötən il şahmat məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında 14 qızıl, 11 gümüş və 13 bürünc olmaqla 38 medal qazanıblar.

Bununla yanaşı, 2011-ci ildə rəsmi Avropa, dünya birinciliklərində və çempionatlarında yeniyetmə şahmatçılarımız 10 medal, o cümlədən, 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəblərinin yetirmələri 2010-cu ildə respublika və beynəlxalq yarışlarda bütövlükdə 1886 medal əldə ediblər. Onlardan 178-i (54 qızıl, 50 gümüş, 74 bürünc) beynəlxalq turnirlərdə, Avropa, dünya birinciliklərində və çempionatlarında qazanılıb.

Xəbər lenti

Xəbər lenti