...

Azərbaycanın təhsil naziri orta məktəb dərsliklərindəki səhvlərin aradan qaldırılması barədə tapşırıq verib

Cəmiyyət Materials 4 Aprel 2012 11:09 (UTC +04:00)
Azərbaycanın təhsil naziri orta məktəb dərsliklərindəki səhvləri aradan qaldırmaq üçün bu vəsaitlərin hazırlanmasında iştirak edən qurumların birgə görüşlərinin intensiv keçirilməsi və problemin müzakirəsi barədə tapşırıq verib.
Azərbaycanın təhsil naziri orta məktəb dərsliklərindəki səhvlərin aradan qaldırılması barədə tapşırıq verib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri orta məktəb dərsliklərindəki səhvləri aradan qaldırmaq üçün bu vəsaitlərin hazırlanmasında iştirak edən qurumların birgə görüşlərinin intensiv keçirilməsi və problemin müzakirəsi barədə tapşırıq verib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, artıq bu qurumların bir neçə görüşü keçirilib. Görüşlərdə dərsliklərdə müəyyən çatışmazlıqların olduğu aşkarlanıb.

"Bu, mümkündür. Heç bir zaman mütləq düzgün dərslik olmayıb. Bu sahədə ciddi addımlar atılır", - Mərdanov qeyd edib.

Nazir saxta diplomların aşkarlanması istiqamətində işlərin aparıldığını da bildirib.

"Bizim bir məqsədimiz var ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmasın. Belə adamlar məktəblərdə çalışa bilməzlər. Bu iş davam edəcək", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti