...

Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi aksiya ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 8 Aprel 2012 22:41 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) bazar günü müxalifətin keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. Bu barədə Trend-ə BŞBPİ-dən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi aksiya ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) bazar günü müxalifətin keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. Bu barədə Trend-ə BŞBPİ-dən məlumat verilib.

Məlumatda deyilir ki, aprelin 8-də özünü "İctimai Palata" adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir.

"Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak etmişdir.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti