...

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 10 Aprel 2012 10:46 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edib.
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edib.

KM-dən Trend-ə verilən məlumata görə, Baş Prokurorluq Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş "könüllü gəlib təqsirini boynuna alma" müddəasının şərh edilməsi üçün müraciət edib.

Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində qeyd olunur ki, könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hallardan biridir.

Həmin maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda qeyd olunur ki, "könüllü gəlib təqsirini boynuna alma" törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

Qərarda qeyd olunur ki, cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

Qeyd edək ki, cinayət qanunvericiliyinə görə, təqsirləndirilən şəxs öz təqsirini etiraf edibsə belə, onun təqsiri digər sübutlarla təsdiq olunmalı, istintaq aparılmalı, müvafiq ekspertizalar keçirilməlidir.

Avropa ölkələrinin qanunvericiliyinə görə, şəxs könüllü təslim olursa, təqsirini boynuna alırsa, istintaq yekunlaşır, şəxsin həmin cinayətini digər sübutlarla sübuta yetirməyə ehtiyac qalmır və iş məhkəməyə verilir.

Xəbər lenti

Xəbər lenti