...

Bakının 2020-ci il Olimpiadasının keçirilməsi ilə bağlı ərizəsi auditoriyanı "yandıra" bildi - "DÇ 2018"-in Təşkilat Komitəsinin rəhbəri

Cəmiyyət Materials 14 Aprel 2012 14:28 (UTC +04:00)
Futbol üzrə dünya çempionatı - 2018-in (DÇ-2018) Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin etiraf edib ki, "Bakının 2020-ci il Olimpiadasının keçirilməsi ilə bağlı ərizəsi həm təqdimatın, həm də filmin təşkili baxımından çox xoşuna gəlib".
Bakının 2020-ci il Olimpiadasının keçirilməsi ilə bağlı ərizəsi auditoriyanı "yandıra" bildi - "DÇ 2018"-in Təşkilat Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Futbol üzrə dünya çempionatı - 2018-in (DÇ-2018) Rusiya Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin etiraf edib ki, "Bakının 2020-ci il Olimpiadasının keçirilməsi ilə bağlı ərizəsi həm təqdimatın, həm də filmin təşkili baxımından çox xoşuna gəlib". Trend-in məlumatına görə, bu barədə şənbə günü İTAR-TASS yazır.

"Fikrimcə, ərizə auditoriyanı "yandıra" bildi, film də, ölkənin birinci xanımının çıxışı da yaxşı idi. Görünür, onlar 2020-ci il Olimpiadasının keçirilməsi hüququnu əldə etməyi çox istəyirlər", - Sorokin qeyd edib.

Şənbə günü Moskvada Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası çərçivəsində 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd ölkələrin təqdimatı keçirilib.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün beş şəhər iddialıdır: Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya).

Sorokinin fikrincə, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üzrə bütün namizədlər finala layiqdirlər. O, bu barədə bügünkü təqdimat mərasimində deyib.

Sorokinin sözlərinə görə, "namizəd şəhərlərin yarışı uzun qaçışdır " və o ümid edir ki, "Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Olimpiadanın keçirilməsinə iddiaçı olanların sayının azaldılması barədə qərar qəbul etməyəcək".

"Ümid edirəm ki, BOK onlara rəqabəti davam etdirmək imkanı verəcək, xüsusilə də Roma artıq bu yarışdan çıxıb. Hazırkı məqamda namizədlərin hamısı finala layiqdirlər", - sonda o qeyd edib.

BOK 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkəni 2013-cü ilin sentyabrında Buenos-Ayresdə (Argentina) elan edəcək.

Xəbər lenti

Xəbər lenti