...

Azərbaycanda yoluxucu xəstəliklərə nəzarət üçün elektron sistem yaradılıb

Cəmiyyət Materials 16 Aprel 2012 14:24 (UTC +04:00)
Azərbaycanda yoluxucu xəstəliklər üzrə məlumatların toplanma, ötürülmə, analiz və işlənmə prosesinin təkmilləşdirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi üçün "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" yaradılıb.
Azərbaycanda yoluxucu xəstəliklərə nəzarət üçün elektron sistem yaradılıb

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda yoluxucu xəstəliklər üzrə məlumatların toplanma, ötürülmə, analiz və işlənmə prosesinin təkmilləşdirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi üçün "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" yaradılıb.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə bazar ertəsi Trend-ə bildirib ki, bu müşahidə sistemi "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında" sazişə əsasən, "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində tətbiq olunur.

Əsəd-zadə deyib ki, sistemə ölkədə sanitar-epidemioloji xidmət göstərən tibb müəssisələri qoşulub.

Nazirlik rəsmisinin sözlərinə görə, yoluxucu xəstəliklərlə bağlı məlumatlar növbəti işlənmə, saxlanma və analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ötürülür. Xüsusi təhlükəli yoluxucu xəstəliklər barəsində məlumatlar isə Respublika Taun Əleyhinə stansiyaya ötürülür, saxlanılır və analiz olunur.

Əsəd-zadə hazırda istifadə edilən bu sistemin tələb olunan səviyyədə qurulduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti