...

Azərbaycanın görkəmli alimi vəfat edib

Cəmiyyət Materials 24 Aprel 2012 11:58 (UTC +04:00)
Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim Midhət Abbasov dünən axşam saatlarında vəfat edib.
Azərbaycanın görkəmli alimi vəfat edib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim Midhət Abasov dünən axşam saatlarında vəfat edib.

Trend-in məlumatına görə, akademik Midhət Abasov bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Midhət Abbasov 1926-cı ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən bölməsini bitirən M. Abbasov texnika elmləri doktorudur, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvüdür. 650 elmi əsərin müəllifi olan Midhət Abbasovun 43 müəlliflik şəhadətnaməsi, 6 patenti olub. Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin nəzəri əsaslarının hazırlanmasında böyük əməyi olan akademik Midhət Abbasov qısa müddətdə dövlət katibi vəzifəsində çalışıb, 1997-ci ilədək AMEA-nın vitse-prezidenti olub. Ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləmiş akademikin çoxlu sayda dövlət mükafatları və təltifləri var.

Xəbər lenti

Xəbər lenti