...

Azərbaycanda şagirdlər artıq evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər

Cəmiyyət Materials 24 Aprel 2012 15:57 (UTC +04:00)
Azərbaycanda orta məktəb şagirdləri artıq evdə filtrasiyalı internetdən istifadə edə bilərlər.
Azərbaycanda şagirdlər artıq evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb şagirdləri artıq evdə filtrasiyalı internetdən istifadə edə bilərlər. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, hazırda Təhsil Nazirliyi və "İntel" korporasiyası tərəfindən həyata keçirilən "Bir şagird - bir kompüter" layihəsi çərçivəsində 2000 şagird təhsil üçün nəzərdə tutulmuş netbuklarla təmin edilib. "2008-2012-ci illərdə Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həmin şagirdlərə simsiz internet modemləri paylanıb.

Nazirlikdən deyilib ki, filtrasiya servisinin təmənnasız olaraq təmin edilməsi artıq mümkündür. Bu prosesin tətbiqinə artıq başlanılıb. "Bir şagird - bir kompüter" layihəsi çərçivəsində netbuklarla təmin edilmiş 2000 şagirdin hər biri filtrasiyalı internetdən istifadə üçün müraciət edə bilər. Həmin şagirdlər yalnız aylıq internet paketini özləri almalıdırlar. Filtrasiyalı internetdən istifadə etmək istəyən, lakin "Bir şagird - bir kompüter" layihəsinə qoşulmayan hər bir digər məktəbli və ya tələbə bu paketi ödəmə yolu ilə "AzEduNet" şirkətindən əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti