...

Azərbaycanda görmə qabiliyyəti olmayan şəxslər üçün kompüterlər hazırlanıb

Cəmiyyət Materials 25 Aprel 2012 15:48 (UTC +04:00)
Azərbaycanda tamamilə səs ilə işləyən kompüterlər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq.
Azərbaycanda görmə qabiliyyəti olmayan şəxslər üçün kompüterlər hazırlanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda tamamilə səs ilə işləyən kompüterlər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, bu kompüterlər ilkin olaraq 100 nəfər görmə qabiliyyətini itirmiş şəxs üçün nəzərdə tutulub.

Abbasov qeyd edib ki, görmə qabiliyyəti olmayan şəxslər bu kompüterlər vasitəsilə elmi işlərdə iştirak etmək imkanı qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti