...

Azay Quliyev növbəti 4 ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçilib (FOTO)

Cəmiyyət Materials 2 May 2012 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib.
Azay Quliyev növbəti 4 ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçilib (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib. Bütün üzvlərin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Şuradan çərşənbə günü Trend-ə verilən məlumata görə, yenidən dörd il müddətinə yekdilliklə Azay Quliyev Şuranın sədri, Tahir Süleymanov Şura sədrinin müavini, Vüqar Məcidli isə Şuranın katibi seçilib.

Şuranın Əsasnaməsinə görə, 11 Şura üzvü, 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət olmaqla, ölkə Prezidenti tərəfindən təyin edilir. Bu il aprelin 23-də Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

İclasda yeni seçilmiş Şuranın və katibliyin fəaliyyət planları ilə bağlı tövsiyə və təkliflər irəli sürüldü. Cari məsələlər sırasında QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi hesabatlarla bağlı vəziyyət müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti