...

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıya yük avtomobillərinin girişi məhdudlaşdırılacaq

Cəmiyyət Materials 4 May 2012 09:39 (UTC +04:00)
Azərbaycanın Yol Polisi "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar hüquqi şəxslərə müraciət edib.
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıya yük avtomobillərinin girişi məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 4 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın Yol Polisi "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar hüquqi şəxslərə müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hüquqi şəxslərin rəhbərlərinə ünvanlanan müraciətdə mayın 8-dən 28-dək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunur.

Əliyev deyib ki, müraciət "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtda hərəkətin intensivliyi nəzərə alınaraq nəqliyyat sıxlığının yaranmamasının təmin olunması məqsədilə edilib.

Xəbər lenti

Xəbər lenti