...

Bakıda qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanlara qarşı mübarizə gücləndirilir

Cəmiyyət Materials 7 May 2012 16:04 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtda qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq məqsədilə keçmiş SSRİ istehsalı olan, müasir təhlükəsizlik və ekoloji standartların tələblərinə cavab verməyən nəqliyyat vasitələri ilə lisenziyası olmadan, vergidən yayınmağa çalışaraq sərnişindaşıma ilə məşğul olan sürücülər aşkarlanacaq və məsuliyyətə cəlb olunacaqlar.
Bakıda qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanlara qarşı mübarizə gücləndirilir

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanlara qarşı tədbirlər görüləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtda qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq məqsədilə keçmiş SSRİ istehsalı olan, müasir təhlükəsizlik və ekoloji standartların tələblərinə cavab verməyən nəqliyyat vasitələri ilə lisenziyası olmadan, vergidən yayınmağa çalışaraq sərnişindaşıma ilə məşğul olan sürücülər aşkarlanacaq və məsuliyyətə cəlb olunacaqlar.

Əsədov deyib ki, bu tədbirlər "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində şəhər sakinlərinin və qonaqların yüksək keyfiyyətli nəqliyyat xidməti ilə təmin olunmasına xidmət edəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yuxarıda qeyd olunan avtomobilləri idarə edən sürücülərə xəbərdarlıq edərək onları qanunun tələblərinə riayət etməyə çağırır.

Qanunun tələblərini pozan sürücülərə qarşı sərt tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti