Azərbaycan, Bakı, 12 may /Trend/
Leysan xarakterli yağışlar nəticəsində Samux rayonunun Burunqovaq kəndində bəzi evlərin zirzəmiləri və həyətyanı sahələri su ilə dolub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hazırda nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.