...

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət Materials 14 May 2012 12:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək
Sabah Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bakı şəhəri və Abşeron yarımadasının
bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Mayın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 5-10 isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti