...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 May 2012 03:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 17-19-da Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilib.

YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədi ilə Bakıda keçirilən incəsənət festivalında bu il 18 ölkədən tanınmış rəassamlar iştirak edib. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar.

Builki festivalın digər fərqləndirici cəhəti isə Qız Qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi oldu. Belə ki, festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılıb. Görüntülərin yaradılmasında müasir post-prodakşn video texnologiyalarından istifadə olunub. Qız Qalası səthinin 360º görüntülərlə əhatə edilməsi məqsədi ilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsi ilə proyeksiyalar salınıb.

Xəbər lenti

Xəbər lenti