...

Azərbaycanda kompüterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb

Cəmiyyət Materials 21 May 2012 14:03 (UTC +04:00)
Azərbaycanda mart ayı ilə müqayisədə apreldə kompüterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb.
Azərbaycanda kompüterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mart ayı ilə müqayisədə apreldə kompüterlərin virusa yoluxma səviyyəsi 3,4 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən virus aktivliyi icmalında deyilir.

Son ay ərzində ölkədə istifadəçilərin 42,9 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında beşinci yeri tutur.

Ölkələrin TOP 10-na 50-35,9 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Azərbaycan, Ukrayna, Sudan, Özbəkistan, Moldova və Banqladeşdir.

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir ay ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

Aprel ayının yekunları üzrə "Kasperski laboratoriyası" məhsulları istifadəçilərinin kompüterlərində 280 milyon zərərverici proqram aşkar edilərək zərərsizləşdirilib, Web vasitəsilə 134 milyon yoluxma cəhdinin (təhdidlərin ümumi sayının 48 faizi) qarşısı alınıb və 24 milyon zərərverici URL aşkar edilib.

Xəbər lenti

Xəbər lenti