...

"Prokurorluq haqqında" qanuna dəyişiklik ediləcək

Cəmiyyət Materials 21 May 2012 16:59 (UTC +04:00)
Trend-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, qanunun 39-cu maddəsinin dördüncü hissəsi ləğv edilir.
"Prokurorluq haqqında" qanuna dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Prokurorluq haqqında" qanuna dəyişiklik ediləcək.

Trend-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, qanunun 39-cu maddəsinin dördüncü hissəsi ləğv edilir.

Həmin hissədə qeyd olunur ki, hərbi prokurorluq orqanları maddi-texniki vəsaitlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri ilə, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilir, həmçinin xidməti binalarının mühafizəsi təmin olunur.

Qanun layihəsi Milli Məclisin sabahkı iclasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti