...

Azərbaycanda lisenziyası olan hotellərin sayı açıqlanıb

Cəmiyyət Materials 24 May 2012 15:47 (UTC +04:00)
Hazırda Azərbaycanda 508 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Azərbaycanda lisenziyası olan hotellərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 508 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu barədə cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyib.

Onun sözlərinə görə, həmin obyektlərin 336-sı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 72-si ulduz kateqoriyası alıb. Onların 2-si Naxçıvan Muxtar Respublikasında yerləşir. Ümumilikdə isə Naxçıvan MR-da 20-dən çox hotel fəaliyyət göstərir.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 22-si "beş ulduzlu"dur. Onların ikisi Qəbələdə, 1-i Naftalanda, 2-si Naxçıvan Muxtar Respublikasında, qalanları isə Bakıdadır.

Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 33-ü "dörd", 15-i "üç", 1-i "iki", 1-i "bir ulduzlu"dur.

Oruclu deyib ki, mehmanxana və mehmanxana tipli obyektlərə ulduzların verilməsi könünllük prinsipi ilə həyata keçirilir.

Nazirlik rəsmisinin sözlərinə görə, lisenziyasız fəaliyyət göstərən mehmanxanalar əsasən şimal regionundadır.

Oruclu aşağı səviyyəli mehmanxana obyektlərinin şəraitləri minimal tələblərə cavab verdikdən sonra onların lisenziyalaşdırma məsələsinə baxılmasının mümkün olduğunu deyib.

Sektor müdiri əlavə edib ki, lisenziya almaq üçün müəyyən sənədlər tələb olunur. Amma bəzi yerləşdirmə obyektlərinin sənədləri düzgün olmadığı üçün onlar lisenziya ala bilmirlər.

Xəbər lenti

Xəbər lenti