...

Nazir müavini: Zaqatala-Balakən bölgəsində zəlzələdən zərər çəkmiş binaların 40 faizinə baxış keçirilib

Cəmiyyət Materials 26 May 2012 12:14 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu şənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışında fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov deyib.
Nazir müavini: Zaqatala-Balakən bölgəsində zəlzələdən zərər çəkmiş binaların 40 faizinə baxış keçirilib

Azərbaycan, Bakı, 26 may / Trend müxbir A. Axundov/

Zaqatala-Balakən bölgəsində zəlzələdən zərər çəkmiş binaların 40 faizinə baxış keçirilib. Trend-in məlumatına görə, bunu şənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışında fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov deyib.

O bildirib ki, ilk növbədə sosial obyektlərə baxış keçirilib.

Nazir müavini qeyd edib ki, hazırda sökülməsi zəruri olan binaların söküntüsü prosesi gedir.

Ərazidə 22 qrupun işlədiyini deyən Lətifov bildirib ki, həmin qruplar zəlzələdən dəymiş ziyanı, köməyə ehtiyacı olan ailələri müəyyən edir.

Qeyd edək ki, Zaqatala ərazisində 7 bal gücündə birinci güclü zəlzələ mayın 7-də qeydə alınmışdı. Mayın 18-də episentri Zaqataladan 15 km cənubda olan 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 4-5 bal gücündə hiss olunub.

Xəbər lenti

Xəbər lenti