...

Azərbaycanın Türkiyədəkı səfirliyi Respublika Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil edib (FOTO)

Cəmiyyət Materials 29 May 2012 05:13 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada Sheraton Hoteldə 28 May Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın Türkiyədəkı səfirliyi Respublika Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada Sheraton Hoteldə 28 May Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil etmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə Prezidenti Administrasiyasının Rəhbəri Mustafa İsen, Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız, hal hazırda Türkiyədə səfərdə olan ARDNŞ-ın Prezidenti Rövnəq Abdullayev, Sabiq Xarici Ticarət Naziri Kürşat Tüzmen, Türkiyə Böyük Millət Məclisinin Sabiq Sədrləri İsmet Sezqin və Hikmət Çətin, Türkiyə Silahlı Qüvvələrinin (4 qüvvə) Komandanları, çox sayda sabiq və hazırki millət vəkilləri, müxtəlif siyasi partiyaların rəhbərləri və təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır. Ardından açılış nitqi üçün Səfir Faiq Bağırov kürsüyə dəvət olunmuşdur. Səfir öz çıxışında, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkərək, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük bədəllər ödədiyini vurğulamışdır. O qeyd etmişdir ki, dövləti qurub yaratmaq nə qədər çətindirsə, onu yaşatmaq ondan çox daha çətindir və bu çərçivədə Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri əvəzedilməzdir. Səfir həmçinin ölkəmizin hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək geniş şəkildə söz açmışdır.

Daha sonra söz, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldıza verilmişdir. Nazir öz çıxışında iki ölkə əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, son illərədə atılmış strateji cəhətdən mühüm addımlardan söz açmışdır.

Ardından tədbir iştirakçılarına ziyafət verilmişdir.

Tədbirin sonunda iştirakçılara, İrs-Miras jurnalı və AR Prezidenti Administrasiyasının Rəhbəri Ramiz Mehdiyevin müəllifi olduğu "Qloballaşmanın Tələbləri" adlı kitab təqdim olunmuşdur.

Qeyd etmək istərdik ki, 28 May Respublika Günü münasibətilə səfirliyimiz, Ankara ictimaiyyətində və xüsusilə də diplomatik korpus arasında mühüm əhəmiyyətə malik internet xəbər saytı www.ankarascene.com a Azərbaycanla bağlı məlumatların yerləşdirilməsini təmin etmişdir.

Xəbər lenti

Xəbər lenti