...

QMİ sədri dini liderlərin birləşmiş təşkilatını yaratmağa çağırır (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 30 May 2012 16:51 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə müasir cəmiyyətin çağırışlarını həll etmək üçün dini liderlərin birləşmiş təşkilatını yaratmağı təklif edir.
QMİ sədri dini liderlərin birləşmiş təşkilatını yaratmağa çağırır (ƏLAVƏ OLUNUB) (FOTO)

Qazaxıstan, Astana, 30 may /Trend, müxbir D.Muxtarov/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə müasir cəmiyyətin çağırışlarını həll etmək üçün dini liderlərin birləşmiş təşkilatını yaratmağı təklif edir.

"Müasir dövrün problemlərini həll etmək, müqəddəs Quran kitabı, sinaqoq və məscidlərin yandırılması faktlarının qarşısını almaq, dünya ictimaiyyətinin birləşməsi üçün dini liderlərin birləşmiş təşkilatını yaratmaq lazımdır", - Trend-in məlumatına görə, bunu Paşazadə Astanada keçirilən Dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayı çərçivəsində çıxışında bildirib.

Onun sözlərinə görə, bundan başqa, bugünkü qloballaşma problemləri dövlət və dini xadimlərin səylərinin birləşdirilməsini zəruri edir.

"Qloballaşma pərdəsi altında həyatımıza daxil olan problemlər dövlət, dini xadimlər və elm nümayəndələrinin birgə səylərini tələb edir", - Paşazadə qeyd edib.

Onun sözlərinə görə, müasir dünyada keçmiş əsrlərin aclıq, demoqrafik problemlər, enerji böhranı, sülhün qorunması problemləri kimi çağırışların öhdəsindən gəlinməyib. Heç bir ayrıca götürülən ölkə təkbaşına bu çağırışların qarşısını almaq iqtidarında deyil.

Paşazadə ABŞ-da keşişin müqəddəs Quran kitabını yandırması ilə bağlı biabırçı faktı xatırladıb və siyasi və din xadimlərini belə aktların təkrarlanmasının qarşısını almağa çağırıb.

"Əminəm ki, belə ədəbsiz hərəkətlərdən yayınmaq üçün müvafiq təşkilat çərçivəsində vahid institutun yaradılması lazımdır. İnstitut dövlət və din xadimlərinin birgə səylərini koordinasiya edə bilər. Belə institut dinlərarası və beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilərək dini hisslərin və imanlı insan üçün müqəddəs rəmz, ad və yerlərin təhqir edilməsinin qarşısını almağa kömək edəcək", - Paşazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti