...

Azərbaycanda istirahət mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 1 İyun 2012 19:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib, bir istirahət mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti isə dayandırılıb.
Azərbaycanda istirahət mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib, bir istirahət mərkəzinə verilmiş lisenziyanın fəaliyyəti isə dayandırılıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində "Qızıl Yamal" ASC-yə Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi, ev 5 ünvanında yerləşən "Qızıl Yamal" qonaq evi üçün; fiziki şəxs Hüseynov Habil Kamil oğluna Bakı şəhəri, Babək prospekti, Əhmədli y/s, 106d ünvanında yerləşən "Günəşli" mehmanxanası üçün; "Fixed" MMC-yə Bakı şəhəri, Ü.Hacıbəyov küç. 48 ünvanında yerləşən "Gəncəli Plaza" mehmanxanası üçün; "Sərin Şirkəti" MMC-yə Bakı şəhəri, Babək prospekti, ev 76 ünvanında yerləşən "Astoria Baku" mehmanxanası üçün; "Qlobal İnvest Kompani LTD" MMC-yə Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanında yerləşən "Park İnn Azərbaycan" mehmanxanası üçün; "Masallı İsti-su Fatmeyi-Zəhra Şəfa sanatoriyası" MMC-yə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Masallı İsti-su Fatmeyi-Zəhra Şəfa" sanatoriyası üçün; "İSR Azeri Apart and Business Centre" MMC-yə Bakı şəhəri, Nizami küçəsi, ev 69 ünvanında yerləşən "Radisson Blu Plaza Hotel Baku" mehmanxanası üçün; "Duyma İstirahət Sağlamlıq Mərkəzi" MMC-yə Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən "Duyma" istirahət mərkəzi üçün mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Nazirliyin müvafiq əmrinə əsasən, "Nyu Sfera-Turizm" MMC-yə məxsus İsmayıllı rayonu, İstisu kəndi ərazisində yerləşən "Green House" istirahət mərkəzinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti