...

Dövlət Komissiyasının işçi qrupunun rəhbəri vəzifəsindən azad edilib

Cəmiyyət Materials 5 İyun 2012 11:38 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mü.barizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri tutduğu vəzifədən azad edilib.
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri tutduğu vəzifədən azad edilib.

İşçi Qrupundan Trend-ə verilən məlumata görə, Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənovun sərəncamı ilə Araz Əliquliyev mayın 16-da tutduğu vəzifədən azad edilib.

Hazırda İşçi Qrupunun rəhbəri vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, Əliquliyev 2008-ci ildə İşçi Qrupunun rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xəbər lenti

Xəbər lenti