...

Azərbaycan Gənclər Fondu fəaliyyətə başlayıb

Cəmiyyət Materials 8 İyun 2012 15:10 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirin açılışında Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, qurum gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək.
Azərbaycan Gənclər Fondu fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, qurum gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək.

Hacıyev, həmçinin Fondun loqosunun dizaynı ilə bağlı elan olunmuş müsabiqənin nəticələri barədə məlumat verib, bu məqsədlə 181 təklifin alındığını deyib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması ilə ölkədə gənclər siyasəti ilə bağlı iş yeni mərhələyə qədəm qoyur.

Nazir Fondun Gənclər və İdman Nazirliyinin nəzdində olmasına baxmayaraq, fəaliyyətini tam müstəqil quracağını bəyan edib. Rəhimov gəncləri maraqlı, Azərbaycan cəmiyyətinin inkişafına yönələn layihələr təqdim etməyə çağırıb.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Gənclər Fondunun qarşısında böyük missiyanın durduğunu bildirib.

Onun sözlərinə görə, Fondun fəaliyyəti intellektual, təşəbbüskar gəncliyin formalaşmasına yönələcək. Aslanov gələcəkdə Fonda dövlət tərəfindən ayrılacaq maliyyə vəsaitlərinin ilbəil artacağına əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti