...

Azərbaycanda qaydaları pozan sürücülərə qarşı reydlərə başlanılır

Cəmiyyət Materials 9 İyun 2012 13:24 (UTC +04:00)
Azərbaycanda qaydaları pozan sürücülərə qarşı reydlərə başlanılır.
Azərbaycanda qaydaları pozan sürücülərə qarşı reydlərə başlanılır

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir M.Əliyev/

Azərbaycanda qaydaları pozan sürücülərə qarşı reydlərə başlanılır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib ki, son zamanlar ağır yol nəqliyyat hadisələrin sayının artması ilə əlaqədar ölkənin bütün ərazisində reydlərin keçirilməsinə başlanılıb.

Onun sözlərinə görə, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürət məhdudiyyətinə əməl etməyən, ötmə, manevretmə qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı qanuna müvafiq olaraq ən ciddin tədbirlər görüləcək.

Əliyev, həmçinin qeyd edib ki, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan və qaydaları pozan şəxslərə qarşı da ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti