...

M.V.Lomonosov adına MDU-nun Bakı filialında buraxılış imtahanları və buraxılış işlərinin müdafiəsi keçirilir (FOTO, VIDEO)

Cəmiyyət Materials 9 İyun 2012 17:11 (UTC +04:00)
Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının kimya, riyaziyyat və filologiya fakültələrinin bakalavrlarının ilk buraxılışı olacaq.
M.V.Lomonosov adına MDU-nun Bakı filialında buraxılış imtahanları və buraxılış işlərinin müdafiəsi keçirilir (FOTO, VIDEO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir S.Ağayeva/

Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının kimya, riyaziyyat və filologiya fakültələrinin bakalavrlarının ilk buraxılışı olacaq.

Trend-in məlumatına görə, iyunun 4-dən dövlət buraxılış imtahanları və buraxılış işlərinin müdafiəsi başlayıb.

Filialda tədris prosesi, dövlət imtahanının götürülməsi və buraxılış işlərinin müdafiəsi moskvalı alimlər tərəfindən aparılır.

Kimya üzrə dövlət buraxılış imtahanı komissiyasının sədri fiziki və üzvi kimya sahələrində məşhur alim, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı, N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun direktoru, Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının üzvi kimya üzrə Ekspert Şurasının sədr müavini, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Petroviç Yeqorovdur.

"Moskva Dövlət Universitetinin filialı məndə iki səbəbdən böyük təəssürat doğurdu. Əvvəla, o rekord qısa müddət ərzində - Azərbaycan Prezidentinin fərman imzaladığı andan il yarımdan azacıq çox müddətə yaradılıb. O, ən yüksək səviyyədə yaradılıb. Bina təmir olunub və ən əsası, auditoriya və praktikumlar çox əla formadadır", - Yeqorov bildirib.

Onun sözlərinə görə, burada tələbələr Avropa səviyyəsində yaxşı təhsil alırlar.

Yeqorov qeyd edib ki, Moskva Dövlət Universitetinin məhz burada filial açması çox yaxşıdır, çünki MDU daima keçmiş Sovet İttifaqı ölkələri ilə olduğu kimi, Azərbaycanla da ənənəvi sıx əlaqələr yaradıb.

"Tələbələrin bilik səviyyəsi məni heyran etdi. Onlar çox çətin bir fənndən - ümumi kimyadan imtahan verirlər. Adətən universitetlərdə kimyanın fərqli bir bölmələrindən imtahan verirlər. Mən tələbələrin bilik səviyyəsindən çox razıyam və hesab edirəm ki, onların magistraturada təhsillərini davam etdirmələri dəyərli, yaxşı alimlər verəcək", - o deyib.

Video Player
Xəbər lenti

Xəbər lenti