...

Abşeronda güclü külək sabah axşamadək davam edəcək

Cəmiyyət Materials 9 İyun 2012 14:51 (UTC +04:00)
Abşeron yarımadasında sabah axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi gözlənilir.
Abşeronda güclü külək sabah axşamadək davam edəcək

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir M.Əliyev/

Abşeron yarımadasında sabah axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi gözlənilir. Bu barədə Trend-ə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Bakıda və Abşeron yarımadasında iyunun 10-da havanın tutulub-açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 10-da şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır, gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti