...

"Təmiz Şəhər" qanvermə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2012 11:42 (UTC +04:00)
Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Azərbaycanda keçirilən qanvermə aksiyasına İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Təmiz Şəhər" ASC də qoşulub.
"Təmiz Şəhər" qanvermə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Azərbaycanda keçirilən qanvermə aksiyasına İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə "Təmiz Şəhər" də qoşulub.

"Savab Dünyası" Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşulan "Təmiz Şəhər" ASC-də iyunun 13-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Təmiz Şəhər" gələcəkdə də belə xeyriyyə tədbirlərinə dəstək verəcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən "Talassemiyasız həyat naminə" proqramı həyata keçirilir. "Savab Dünyası" Talassemiya Assosiasiyası daxil olmaqla, bir sıra təşkilatlar proqrama dəstək olaraq müxtəlif xeyriyyə aksiyaları keçirir.

Xəbər lenti

Xəbər lenti