...

YAP Gənclər Birliyi "Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə" adlı konsert proqramını təşkil edib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2012 01:12 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramını təşkil edib.
YAP Gənclər Birliyi "Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə" adlı konsert proqramını təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramını təşkil edib.

Konsert proqramının açılışında çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bir neçə gün bundan öncə Azərbaycan xalqının və bütün dünyada yaşayan azərbaycanlıların Qurtuluş gününü qeyd etdiyini vurğulayaraq bildirib ki, bu günün qeyd olunması üçün, insanların qəlbində yaşaması üçün kifayət qədər əsaslar var.

Onun sözlərinə görə, Azərbaycanın gündən günə yüksələn iqtisadiyyatı, insanların rifahının yaxşılaşması, Azərbaycanın hər bir güşəsinin gözəlləşməsi ulu öndər Heydər Əliyevin qayıdışından başlayan qurtuluşun gətirdiyi yeniliklərdir, Azərbaycan xalqına faydasıdır.

"Bu gün də Azərbaycan bu Qurtuluş məfkurəsi ilə yaşayır və inkişaf edir", deyə o bilidirib.

Nizami rayon İcra Hakimiyyəti ilə birgə "Musiqili alov" fəvvarə kompleksində (Koroğlu metrosu ilə üzbəüz) təşkil olunan konsertdə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadə və Səbinə Babayeva, Ruminyanın "Mandinga" qrupu, müğənnilər Almaz Ələsgərli, Xumar Qədimova, Tünzalə Ağayeva, Natəvan Həbibi və digər bir çox ifaçılar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti