...

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir

Cəmiyyət Materials 22 İyun 2012 11:43 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

İyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq yeddinci ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Məlumata görə, 2012-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti