...

Azərbaycanda həftə sonundan başlayaraq qeyri-sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 27 İyun 2012 13:18 (UTC +04:00)
İyunun 29-dan başlayaraq Azərbaycanda hava şəraitinin sərinləşəcəyi, qeyri-sabit keçəcəyi, küləkli olacağı gözlənilir.
Azərbaycanda həftə sonundan başlayaraq qeyri-sabit hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 29-dan başlayaraq Azərbaycanda hava şəraitinin sərinləşəcəyi, qeyri-sabit keçəcəyi, küləkli olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti