...

Azərbaycanda ötən həftə ərzində qanunvericiliyin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 27 İyun 2012 14:38 (UTC +04:00)
Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb.
Azərbaycanda ötən həftə ərzində qanunvericiliyin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Azərbaycanda ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 79 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 18-23-də Xidmət tərəfindən Bakı şəhəri və Abşeron rayonunda qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş 79 əcnəbi aşkar edilib.

Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti