...

Goranboyda sel nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Cəmiyyət Materials 29 İyun 2012 11:16 (UTC +04:00)
Goranboyda güclü yağış nəticəsində 15 kənddə yaranmış fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub.
Goranboyda sel nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Mehdiyev/

Goranboyda güclü yağış nəticəsində 15 kənddə yaranmış fəsadların aradan qaldırılması üçün texnika cəlb olunub.

Rayon icra başçısının müavini Baxış Abdullayev Trend-ə bildirib ki, hazırda sel basmış ərazilərdə fəsadların aradan qaldırılması üçün İcra Hakimiyyətinə məxsus texnika əraziyə cəlb olunub.

O qeyd edib ki, hazırda İcra Hakimiyyətin fövqəladə komissiyası sel basmış kəndlərdə dəymiş zərərin həcmini müəyyənləşdirmək üçün iş aparır. O, günün sonuna qədər qiymətləndirmənin başa çata biləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti