...

TQDK məzunlara xəbərdarlıq etdi

Cəmiyyət Materials 2 İyul 2012 18:40 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.
TQDK məzunlara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məzunlara xəbərdarlıq edib.

Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.

Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək.

Odur ki, ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti